Pakistanda kamikadze hücumu - 13 əsgər ÖLDÜ

 12:50 28.06.2025     143

Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib.

"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.