Erməni arxiyepiskop Mikael Adjapaxyan istintaq təcridxanasına köçürüldü

 21:11 28.06.2025     117

Şirak yeparxiyasının rəhbəri, Erməni Apostol Kilsəsinin (EAK) arxiyepiskopu Mikael Adjapaxyan İrəvan-Kentron cəzaçəkmə müəssisəsinə köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, "Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyan və biznesmen Samvel Karapetyan da həmçinin İrəvan-Kentron cəzaçəkmə müəssisəsində saxlanılırlar.

Adjapaxyan açıq şəkildə hökumətin devrilməsinə çağırışda ittiham olunur, lakin o, özü ittihamları uydurma adlandırıb. İyunun 27-də axşam arxiyepiskop Adjapaxyan saxlanılıb, iyunun 28-nə keçən gecə isə məhkəmə onun 2 ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.