"Makron Fransa parlamentini tezliklə buraxa bilər"

 21:27 28.06.2025     107

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransa prezidenti Emmanuel Makron yaxın gələcəkdə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxa bilər.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Le Pen tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Parlamentin buraxılmayacağına özümüzü inandırmaq təhlükəli olardı. Biz rahatlaşa bilmərik”.

O vurğulayıb ki, yeni parlament seçkiləri olacağı təqdirdə "Milli Birlik" qalib gəlməlidir. Parlament fraksiyasının rəhbəri, həmçinin tərəfdarları 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşmağa çağırıb.

Milli Assambleya buraxılarsa, Le Pen deputat köməkçiləri işi üzrə çıxarılan hökmə görə yenidən deputatlığa namizəd ola bilməyəcək və bu, onun seçilmək hüququnu məhdudlaşdırır.