ABŞ Ukrayna münaqişəsinin diplomatik həllində maraqlıdır

“Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişənin diplomatik həlli üzərində işləməyə fokuslanıb”.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Diplomatiya və danışıqlar davam edir, biz həmişə olduğu kimi buna diqqət yetirmişik”- o, “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün dünya Ukrayna böhranının davam etməsindən əziyyət çəkir: “Bir çox ölkələr Ukraynadakı münaqişədə hərbi əməliyyatların davam etməsinə töhfə verir”.