"Hizbullah"ın bölmə komandanı ÖLDÜRÜLDÜ

İsrail Livanın cənubundakı Kunin qəsəbəsi yaxınlığına hava zərbəsi endirdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı "Hizbullah" təşkilatının Bint Cəbbeyl bölgəsindəki bölmələrindən birinə komandanlıq edən Həsən Məhəmməd Hammudi zərərsizləşdirilib.