Tehran metrosunda "Mossad" agenti TUTULDU

 17:56 29.06.2025     173

Tehran metrosunun "İmam Xomeyni" stansiyasında İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan və pilotsuz uçuş aparatlarını (PUA) yığmaqla məşğul olan şəxs saxlanılıb.

Redaktor.az bu barədə İranın IRIB televiziya kanalına istinadla xəbər verir.

Bildirilir ki, saxlanılan şəxs Tehran vilayətinin qərb hissəsində PUA-ların yığılması ilə məşğul olub və ölkənin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı İsrailə mesajlar göndərib.

O, strateji əhəmiyyətli obyektlərin dəqiq yeri barədə məlumat ötürürmüş.