Gənə sancmasından ölənlərin sayı YÜKSƏLİB

 21:09 29.06.2025     204

Türkiyənin Sivas vilayətində gənə sancması səbəbilə daha bir nəfər dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu gün Krım-Konqo hemorragik qızdırması (KKKA) diaqnozu ilə müalicə alan 30 yaşlı kişi dünyasını dəyişib.

Məlumata görə vilayətin Suşehri rayonun sakini 30 yaşlı Uğur Uymazı 4 gün əvvəl gənə sancıb.

Bir müddət sonra xəstələnən Uymaz yaxınları tərəfindən xəstəxanasına aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq vəziyyəti pisləşən Uymazı xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bununla da vilayətdə gənə sancması nəticəsində dünyasını dəyişən şəxslərin sayı 10-a yüksəlib.