Qətər İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanmasında iştirak etdiyini AÇIQLADI

Qətər hazırda Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün ABŞ və İran arasında diplomatik prosesdə iştirak edir.
Redaktor.az xəbər verir ki, bu barədə Qətər Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat verib.
“Hazırda Qətər bu prosesdə fəal iştirak edir, tərəflərlə təmaslar demək olar ki, hər gün həyata keçirilir”, - o, brifinqdə Vaşinqton və Tehran arasında İslam Respublikasının nüvə proqramı üzrə danışıqlara toxunaraq deyib.
Turan İSMAYIL