Rusiya Ukrayna xalqına qarşı hücumlarını gücləndirir - Britaniya XİN

 19:42 30.06.2025     123

Rusiya Ukrayna xalqına qarşı hücumlarını gücləndirir.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi məlumat verib.

“Ötən gecə Rusiya 500-dən çox pilotsuz təyyarə və raketlə Ukraynaya 2022-ci ildən bəri ən böyük hava hücumunu həyata keçirib. Putin bu dəhşəti dayandırmalı və sülhə ciddi yanaşmalıdır”, - Britaniya XİN rəhbəri vurğulayıb.