Türkiyədə yanğınlarla mübarizə davam EDİR

Türkiyədə isti hava şəraitinin təsiri ilə bir çox ərazidə meşə yanğınları baş verib.
Redaktor.az xəbər verir ki, Hatayın Antakya, Manisanın Axisar, İzmirdə Menderes və Seferihisar, Aydın Sultanhisar, Muğlanın Bodrum rayonlarında meşə ərazilərindən yanğınlar davam edir. Güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir. Antalya, Mardin, Osmaniye, Aydın və Mersində isə yanğınlar nəzarət altına alınıb.
Meşə ərazilərində alovlar sürətlə yayılarkən havadan və qurudan müdaxilə başlayıb. Güclü külək söndürmə işlərini daha da çətinləşdirib, lakin ölkənin hər tərəfində yanğınlarla mübarizə davam edir.
Hatayın Antakya rayonunun Karaali məntəqəsində baş verən meşə yanğını küləyin təsiri ilə qısa müddətdə geniş bir əraziyə yayılıb.
Məlumat daxil olduqdan sonra Meşə İdarəsi və yanğınsöndürmə qrupları dərhal müdaxilə edib. Yanğın yaşayış yerlərinə yaxınlaşdıqda tədbirlər görülüb. Hazırda havadan və qurudan yanğının söndürülməsi üzrə işlər davam edir.
Kənan YUSİF