Türkiyədə 52 nəfər qida zəhərlənməsi səbəbi ilə xəstəxanaya müraciət ETDİ

 22:43 30.06.2025     136

Türkiyənin Samsun şəhərində keçirilən mövlud proqramında verilən yeməklərdən sonra 52 nəfər mədə bulantısı və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, N.K. adlı şəxs tərəfindən təşkil olunan tədbirdə qonaqlara toyuq, plov, ayran təqdim  edilib. Yeməkdən sonra bir çox iştirakçı özünü narahat hiss edərək Alaçam Dövlət Xəstəxanasına müraciət edib.

Hadisə barədə məlumat alan Alaçam Rayon Jandarma Komandanlığı və Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi əməkdaşları hadisə yerinə cəlb olunub. İnspektorlar yeməkdən nümunələr götürərək hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Xəstəxanada ilkin tibbi yardım göstərilən şəxslər tədricən evlərinə buraxılıb. Araşdırmalar davam edir.

Kənan YUSİF