Türkiyədə benzinlə meşə yanğınına səbəb olan şəxs saxlanıldı

Türkiyənin Ədalət naziri Yılmaz Tunç, İzmirin Buca rayonunda baş verən meşə yanğını ilə bağlı aparılan araşdırmalar çərçivəsində şübhəli şəxsin benzinlə yanğını törətdiyi iddiası ilə saxlanıldığını bildirib.
Redaktor.az xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı açıqlamada, İzmir Respublika Prokurorluğu tərəfindən başladılan istintaqın nəticəsində şübhəli şəxsin qəsdən yanğına səbəb olduğu səbəbilə saxlanıldığını qeyd edib.
Açıqlamada, şübhəlinin həm yaşadığı evi qəsdən yandırdığı, həm də bu hərəkətindən sonra meşə yanğını törətdiyi iddialarına görə "qəsdən meşə yanğınına səbəb olma" ittihamı ilə cinayət işi açıldığı vurğulanıb.
Nazir həmçinin ölkənin digər bölgələrindəki meşə yanğınları ilə bağlı aparılan araşdırmaların diqqətlə və genişmiqyaslı şəkildə davam etdirildiyini bildirib:
"Yaşıl Vətənimizə zərər vermək istəyənlər ədalət qarşısında cavab verəcək".
Kənan YUSİF