Rusiya hərbi təyyarəsi yerə düşdü

 16:03 01.07.2025     76

Rusiyanın Nijni Novqorod vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Redaktor.az “BAZA” “Telegram” kanalına istinadən xəbər verir ki, Su-27 qırıcı təyyarəsi Kulebaki şəhəri yaxınlığında düşüb.

Qəza zamanı iki pilot katapult edə bilib. Onlardan biri tapılıb, digərinin axtarışları davam edir.