Ukraynadan Rusiyaya PUA hücumu: 3 ölü, 35 yaralı

Ukrayna ordusu Rusiyanın Udmurtiya bölgəsinin paytaxtı İjevsk şəhərində yerləşən bir hərbi təyinatlı zavoda PUA ilə hücum edib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, hücum nəticəsində 3 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov hücumla bağlı məlumatı sosial şəbəkədə paylaşıb və vəziyyətin Rusiya Prezidenti Vladimir Putinə bildirildiyini qeyd edib.
Hadisə Rusiya ərazisinin dərinliklərində, təxminən 1300 km məsafədə baş verdiyindən hücumun texniki imkan baxımından da diqqət çəkdiyi bildirilir.
Nuriyyə NATİQQIZI