Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir

ABŞ prezidenti Donald Tramp Qəzza zolağı ilə bağlı gələn həftə razılaşma əldə ediləcəyini gözləyir.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Floridaya səfəri zamanı danışıb.
Tramp vurğulayıb ki, o, İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada münaqişəni dayandırmağı tələb etməkdə çox sərt olacaq.
Qeyd edək ki, bundan əvvəl Tramp Netanyahu ilə İranın nüvə obyektlərinə zərbələr endirilməsi məsələsini və Qəzzadakı vəziyyəti müzakirə edəcəyini bildirmişdi.