Türkiyədə meşə yanğınına müdaxilə davam EDİR

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda dünən başlayan meşə yanğınına havadan və qurudan müdaxilə işləri davam etdirilir.
Redaktor.az xəbər verir ki, Antakyanın Karaali məhəlləsində başlayan və güclü küləyin təsiriylə Oğlakören və Üçgedik məhəllələrinə yayılan yanğına gecə boyu yanğınsöndürən qruplar tərəfindən qurudan müdaxilə edilib.
Səhər saatlarında isə yanğınsöndürmə helikopterləri də işlərə qoşulub. Ekipajlar yanğının yaşayış ərazilərinə yaxınlaşmasının qarşısını almaq və meşə örtüyünü qorumaq üçün intensiv səylər göstərir.
Hadisə ilə bağlı istintaq işləri davam edir.
Kənan YUSİF