PUA-lar 215 kilometr məsafədən meşə yanğınlarını müəyyən edir

Türkiyədə son günlərdə baş verən meşə yanğınlarına qarşı mübarizə fasiləsiz davam etdirilir. Türkiyə Meşə Baş İdarəsinin (OGM) istifadəsində olan yerli istehsal termal kameralı PUA-lar, 215 kilometr məsafədən ən kiçik yanğını belə aşkar edə bilir.
Redaktor.az xəbər verir ki, artan hava temperaturunun təsiri ilə meşə yanğınlarının sayında artım müşahidə olunur. Buna baxmayaraq, OGM ölkənin müxtəlif bölgələrində mübarizəsini qətiyyətlə davam etdirir.
Yanğınlara müdaxilə zamanı təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları (PUA), müşahidə qüllələri, kameralar və yanğınsöndürmə maşınları istifadə olunur. Bu vasitələr hər il tələbat əsasında yenilənir və sayı artırılır.
OGM-in texnoloji imkanları və qətiyyətli tədbirləri sayəsində yanğınların vaxtında aşkar olunması və qarşısının alınması mümkün olur.
Kənan YUSİF