30 şəhərdə FETÖ əməliyyatı: 156 şübhəli saxlanıldı

 22:02 01.07.2025     120

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya, jandarma tərəfindən 30 şəhərdə keçirilən əməliyyatlar zamanı FETÖ ilə əlaqəli olduğu iddia edilən 156 şübhəlinin tutulduğunu, onlardan 65-nin həbs edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nazir sosial media hesabında verdiyi açıqlamada, son iki həftə ərzində İstanbul, Ankara və İzmir də daxil olmaqla 30 şəhərdə əməliyyatlar keçirildiyini bildirib.

FETÖ ilə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların davam edəcəyini vurğulayan Yerlikaya, bu fəaliyyətlərin ölkənin təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

Kənan YUSİF