Tırla avtomobil toqquşdu, 4 nəfər öldü

 22:25 01.07.2025     149

Türkiyənin Manisa vilayətinin Kula rayonunda avtomobilin tırla toqquşması nəticəsində bir ata və üç övladı həyatını itirib.

Redaktor.az xəbər verir ki, hadisə, Uşak-İzmir avtomobil yolunun Yurtbaşı kəndi ərazisində baş verib. Rıdvan A. idarə etdiyi avtomobillə dayanmış tıra arxadan çırpılıb.

Hadisə yerinə təcili yardım, polis, jandarma və yanğınsöndürmə qrupları göndərilib.

Şiddətli qəza nəticəsində Rıdvan A. və övladları M.N.A., Y.A. və M.T.A. avtomobildə sıxışıb qalıb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra nəqliyyat vasitəsindən çıxarılan ata və üç övladının hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Cəsədlər, hadisə yerində aparılan araşdırmalardan sonra Kula Dövlət Xəstəxanasının morquna təhvil verilib.

Kənan YUSİF