Gənəni yandırmaq istədi, meşəni yandırdı

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda "üzərində gənə var" deyərək yastığı yandıran şəxs meşə yanğınını törətməkdə ittiham edilərək həbs olunub.
Redaktor.az xəbər verir ki, hadisə zamanı 5 hektarlıq meşəlik sahə külə dönüb. Ö.T. adlı şəxs bağ evində yastığın üzərində gənə olduğunu görərək yastığı yandırıb və bağçaya atdığını ifadə edib.
Yanğının qarşısını almaq üçün edilən müdaxilələrə baxmayaraq, yanğın böyük zərərə səbəb olub. Məhkəmə tərəfindən şübhəli barəsində həbs qərarı çıxarılıb.
Kənan YUSİF