İran XİN başçısı səudiyyə ərəbistanlı həmkarına məktub göndərdi

 09:36 02.07.2025     91

İranın xarici işlər naziri Abbas Əraqçi səudiyyə ərəbistanlı həmkarı, şahzadə Feysal bin Fərhan bin Abdullaha məktub göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, məktubda iki ölkə arasında münasibətlər və onların bütün sahələrdə dəstəklənməsi, inkişafı yollarının araşdırılmasının zəruriliyi vurğulanıb.

Məktubu İranın Səudiyyə Ərəbistanındakı səfiri Əlirza İnayəti krallığın xarici işlər nazirinin müavini Vəlid əl-Xəreyciyə təqdim edib.

Məlumata görə, diplomatlar görüşdə ikitərəfli münasibətləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.