Maskdan Trampa TƏRİF

 10:59 02.07.2025     94

ABŞ milyarderi İlon Mask Qəzza zolağında atəşkəs barədə sabiq prezident Donald Trampın paylaşımına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Mask sosial şəbəkədəki paylaşımında Trampa “dünya üzrə bir neçə ciddi münaqişəni uğurla həll etdiyi üçün haqqını vermək lazımdır” deyib.

İyulun 1-də Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb. O, bu razılaşmanın ABŞ nümayəndələrinin İsrail rəhbərliyi ilə apardığı "uzun və səmərəli" danışıqlardan sonra əldə edildiyini qeyd edib.

Həmin gün İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfər edəcəyi və Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset və xüsusi elçi Stiven Uitkofla görüşəcəyi açıqlanıb.

Qeyd edək ki, daha əvvəl Mask Trampın deportasiya ilə bağlı sözlərindən sonra ona qarşı sərt xəbərdarlıq etmişdi.

Nuriyyə NATİQQIZI