"Azərbaycanda olan və ya ora səyahət etməyi planlaşdıran rusiyalılar mövcud vəziyyəti nəzərə almalıdırlar"

Rusiya Azərbaycanı ölkələrin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaytarmaq üçün tədbirlər görməyə çağırır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Bakı hələ də konsulluq əməkdaşlarına həbs edilmiş Rusiya vətəndaşlarını ziyarət imkanı yaratmayıb.
Diplomat vurğulayıb ki, iki ölkə arasında münasibətlərdə yaranan məsələlər siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir.
Zaxarova qeyd edib ki, Azərbaycanda olan və ya ora səyahət etməyi planlaşdıran rusiyalılar mövcud vəziyyəti nəzərə almalıdırlar.