Somalidə hərbi helikopter qəzası: 5 itkin

Somalinin paytaxtı Moqadişoda yerləşən Aden Adde Beynəlxalq Hava Limanında hərbi helikopter eniş zamanı qəzaya uğrayıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, helikopterin Afrika İttifaqının Somaliyə Dəstək və Sabitlik Missiyasına (ATMIS) məxsus olduğu bildirilib.
Qəza nəticəsində 8 nəfərin olduğu helikopter alov topuna çevrilib. Helikopterin Uqandaya aid olduğu və içərisindəki 3 şəxsin sağ qaldığı təsdiqlənib. Uqanda ordusunun sözçüsü bildirib ki, qalan 5 hərbçinin taleyi hələlik naməlumdur və yanğın tam söndürüldükdən sonra dəqiq məlumat veriləcək.
Qeyd edək ki, Afrika İttifaqının Somali missiyasında hazırda 11 mindən artıq hərbi personal Eş-Şebab terror qruplaşmasına qarşı mübarizə aparır.
Nuriyyə NATİQQIZI