Rusiya XİN-dən Əhməd Hacıyevlə bağlı AÇIQLAMA

“Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin guya saxlanılması ilə bağlı məlumat həqiqətə uyğun deyil”.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bildiyim qədərilə, “Lukoyl”un belə bir filialı belə yoxdur, nə də belə bir vəzifə və şəxs mövcuddur. Bax, bu da klassik saxtakarlıqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Rusiya mediasında “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevin də saxlanıldığı və məhkəməyə aparıldığı barədə məlumat yayılıb.