Türkiyənin daha bir şəhərində baş verən yanğın nəzarət altına ALINDI

Türkiyənin Kocaeli şəhərinin Derince rayonunun Yenikent məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən başlayan meşə yanğını nəzarət altına alınıb.
Redaktor.az xəbər verir ki, hadisə yerinə dərhal meşə və yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğına 141 nəfərlik heyət tərəfindən, aralarında helikopter və iş texnikasının da olduğu 61 vasitə ilə havadan və qurudan müdaxilə olunub.
Ekipajların səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb, yanğın tam nəzarət altına alınıb. Soyutma işləri davam edir.
Kənan YUSİF