"Sarçhanə təxribatçısı" saxlanıldı

İstanbulun Saraçhanə Meydanında keçirilən mitinq zamanı lentə alınan görüntülərdə xalqı təhdid etdiyi müəyyən edilən maskalı şəxs polis tərəfindən saxlanılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Polis İdarəsinin sosial şəbəkə hesablarında “Gərəyi yerinə yetirildi” başlığı ilə yayımlanan açıqlamada, 1 iyulda “Saraçhanə təxribatçıları müsəlmanları ölümlə təhdid etdi” başlıqlı paylaşımda yer alan şəxsin kimliyi müəyyən edilib.
Araşdırma nəticəsində həmin maskalı şəxsin azyaşlı İ.Y.U. olduğu təsbit edilib və barəsində hüquqi tədbir görülüb.
Kənan YUSİF