Ömər Çelikdən Özgür Özələ sərt cavab: "Demokratik siyasət anlayışından uzaqdır"

Türkiyənin hakim partiyası AK Partinin sözçüsü Ömər Çelik, CHP sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik açıqlamalarına sərt reaksiya verib. Çelik, Özəlin "xunta idarəsi" ifadəsini işlətməsinin demokratik siyasətə qarşı bir mövqe olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, sosial media hesabından paylaşım edən Çelik, bunları qeyd edib:
"CHP sədri Özgür Özəl demokratik siyasət mövzusunda böyük bir şüursuzluq sərgiləyir. Keyfiyyətli və sağlam müxalifət ortaya qoymaqda yetersizdir və bu, artıq xroniki bir vəziyyət alıb. Siyasətin təbii çərçivəsində danışmaq yerinə, daim siyasətdən kənar mövqelərə sürüklənir".
Çelik, bu cür açıqlamaların həm demokratik ənənələrə, həm də siyasi etika qaydalarına zidd olduğunu vurğulayıb.
Kənan YUSİF