İordaniya Qəzzadan daha 23 xəstə uşağı təxliyə ETDİ

 23:08 02.07.2025     133

İordaniya Silahlı Qüvvələri, Kral II Abdullahın təşəbbüsü ilə həyata keçirilən humanitar proqram çərçivəsində Qəzza zolağından 23 xəstə uşağı və onların ailə üzvlərini ölkədən çıxarıb.

Redaktor.az xəbər verir ki, İordaniyanın rəsmi "Petra" xəbər agentliyinin yaydığı məlumata görə, bu, fevral ayında başlayan təşəbbüs çərçivəsində həyata keçirilən altıncı təxliyədir. Təxliyə olunan uşaqlara ümumilikdə 46 nəfərdən ibarət ailə üzvü müşayiət edib.

Uşaqlardan 19-u 39 yaxın qohumu ilə birlikdə İordaniyada yerləşən xüsusi xəstəxanalarda müalicə alacaq. Qalan 4 uşaq isə 7 ailə üzvü ilə birlikdə müalicə üçün Türkiyəyə göndəriləcək.

Kənan YUSİF