Ukraynada partlayışlar oldu, ölən və yaralananlar var

Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Jitomir vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.
"M-06 şossesinin Jitomir yaxınlığındakı Berezina qəsəbəsində iki partlayış baş verib. İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - Buneçko qeyd edib.
O, partlayış nəticəsində fərdi yaşayış evlərinin də zərər çəkdiyini vurğulayıb. Zərərçəkənlərə yardım göstərilib. Magistral avtomobillərin minimal hərəkəti ilə təmin olunub.