İndoneziyada qayıq batdı: 38 itkin

 09:34 03.07.2025     116

İndoneziyanın Bali adası sahillərində sərnişin bərəsi batıb.

Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Məlumata görə, qayıqda ümumilikdə 65 nəfər – 53 sərnişin və 12 ekipaj üzvü olub.

Hadisə bərənin limandan çıxmasından təxminən yarım saat sonra baş verib. Hal-hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Rəsmilərin verdiyi məlumata görə, indiyə qədər 23 nəfər xilas edilib, 4 nəfərin isə cəsədi tapılıb. Qalan 38 nəfərin axtarışı davam edir.

Qəzanın səbəbi hələlik məlum deyil. Yerli səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Nuriyyə NATİQQIZI