Litvada “TikTok” və “Teleqram”ın qadağan olunması təklif EDİLDİ

 16:49 03.07.2025     80

Litva Rusiya ilə informasiya müharibəsində uduzur, ona görə də ölkədə "TikTok" və "Teleqram"a qadağa qoyulmalıdır.

Redaktor.az xəbər verir ki, bu təkliflə Avropa ölkəsinin Hərbiləşdirilmiş Atıcılar İttifaqının komandiri Linas İdzelis çıxış edib.

İdzelisin sözlərinə görə, Rusiya "TikTok" və "Teleqram"da rusiyayönlü məlumatları yaymaq üçün onlayn botlardan istifadə edir.

O, hesab edir ki, SSRİ dağılandan bəri Rusiya ilə informasiya qarşıdurması ilə bağlı vəziyyət heç vaxt indiki qədər pis olmayıb. “Ciddi olmaq istəyiriksə, "Teleqram" və "TikTok"u qadağan etməliyik”.

Hərbçi vurğulayıb ki, Litvada Rusiyanın “beyin yuyulması üçün” istifadə etdiyi bu iki platformaya xüsusi diqqət yetirilməlidir.

Aytəkin TOFİQQIZI