"Shein" onlayn mağazası cərimələndi

Fransada Shein onlayn mağazasına 40 milyon avro cərimə kəsilib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Rəqabət, İstehlak və Vergidən Yayınmaya Qarşı Mübarizə Baş İdarəsi (DGCCRF) məlumat yayıb.
Məlumata görə, Fransa hökuməti Çin mənşəli məşhur onlayn geyim mağazası Shein-ə istehlakçıları aldadıcı endirimlər və qeyri-dəqiq ekoloji iddialar səbəbilə 40 milyon avro cərimə tətbiq edib.
Açıqlamaya görə, Shein məhsullarının satışına cavabdeh olan Infinite Style E-commerce LTD (ISEL) adlı şirkət 2022-ci ilin oktyabrından 2023-cü ilin avqust ayının sonuna qədər davam edən araşdırma nəticəsində endirimlərin reallığını manipulyasiya etməklə alıcıları yanıltdığı aşkarlanıb.
DGCCRF bildirir ki, saytda göstərilən endirimlərin 57%-i real qiymət azalması əks etdirməyib, yəni əvvəlcə qiymətlər süni şəkildə qaldırılıb, sonra endirim kimi təqdim olunub. 19% hallarda məhsul qiyməti daha aşağı göstərilib, 11% hallarda isə real qiymət əslində artırılıb.
Nuriyyə NATİQQIZI