Ukraynada əməliyyatları dayandır! - Trampdan Putinə mesaj

 21:15 03.07.2025     91

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini bir daha gündəmə gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Təbii ki, Ukrayna məsələsi müzakirə olunub. Donald Tramp növbəti dəfə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini qaldırıb", - Uşakov bildirib.

Qeyd edək ki, bu gün Tramp və Putin arasında telefon danışığı baş tutub.