İndoneziyada gəmi batdı - 4 nəfər öldü

 22:20 03.07.2025     81

İndoneziyanın Bali adası sahillərində içərisində 65 nəfər sərnişin və 12 nəfərlik heyətin olduğu sərnişin bərəsinin batması nəticəsində 4 nəfər həyatını itirib, 29 nəfər xilas edilib, 32 nəfərin axtarışları davam edir.

Redaktor.az xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi hadisə ilə bağlı açıqlama verərək bildirib ki, qəza nəticəsində həyatını itirənlərin sayı 4-ə çatıb, 29 nəfər sağ çıxarılıb, 32 nəfərin isə axtarışı aparılır.

Surabaya şəhəri Axtarış və Xilasetmə Agentliyinin yüksək rütbəli rəsmisi Nanang Sigit bildirib:

"İlk mərhələdə bərə ilə birbaşa əlaqə qurmaq mümkün olmadı. Eyni şirkətə məxsus digər gəmi vasitəsilə əlaqə quruldu. Amma bu zaman artıq gəmi batmağa başlamışdı".

Hadisənin səbəbi ilə bağlı araşdırma davam etdirilir.

Kənan YUSİF