Silahlarımızı İsrailə təslim etməyəcəyik - "Hizbullah"

"Hizbullah"ın Baş katibi Naim Qasım İsrailin Livanın daxili işlərinə müdaxilə edə bilməyəcəyini bildirərək, "Silahlarımızı İsrailə təslim etməyəcəyik" açıqlaması ilə çıxış edib.
Redaktor.az xəbər verir ki, Beyrutda Məhərrəm ayı münasibətilə keçirilən tədbirdə çıxış edən Qasım deyib:
“İsrailin bizim aramızda qarşılıqlı şəkildə həll etdiyimiz məsələlərə qarışmaq hüququ yoxdur, razılaşmalarımızı nəzarət altına ala bilməz".
O, İsrailin xüsusilə atəşkəs razılaşmasından sonra hücumlarını davam etdirdiyini bildirərək deyib: “İsrail atəşkəsi 3700-dən çox dəfə pozaraq bölgədəki təcavüzkar siyasətini sürdürdü”.
"Hizbullah"ın silahsızlaşdırılmasına yönəlmiş təzyiqlərə də sərt reaksiya verən Qasım əlavə edib:
“Alçalçağa boyun əymərik, torpaqlarımızı təslim etmərik, silahlarımızı da İsrail düşməninə vermərik".
Kənan YUSİF