Türkiyədə bir meşə işçisi həyatını İTİRDİ

 22:38 03.07.2025     147

Türkiyənin İzmir şəhərinin Ödemiş rayonunda meşə yanğınlarına qarşı mübarizə aparan meşə işçisi İbrahim Demir şəhid olub.

Redaktor.az xəbər verir ki, bu məlumatı Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı sosial media hesabında açıqlayıb.

Nazir paylaşımında bunları qeyd edib:

“Yaşıl Vətəni canı hesabına müdafiə edən qardaşımız İbrahim Demirə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm. Meşə camiəmizin və millətimizin başı sağ olsun. Eyni yanğın bölgəsində yaralanan sürücü Ragıp Şahin qardaşımıza da təcili şəfalar arzulayıram".

Kənan YUSİF