Türkiyədə son bir həftədə 574 meşə yanğını nəzarətə alınıb

Türkiyə Rabitə Nazirliyi ölkə ərazisində baş verən meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.
Redaktor.az xəbər verir ki, verilən məlumata görə, son bir həftədə baş verən 574 meşə yanğını operativ müdaxilə nəticəsində nəzarət altına alınıb.
Açıqlamada bildirilib ki, yanğınlara qarşı mübarizədə 27 təyyarə və 105 helikopter ümumilikdə 8 min 884 sorti həyata keçirərək 29 min 575 ton su istifadə edib.
Bundan əlavə, 25 min nəfərlik canlı qüvvə, 6 minə yaxın su tankeri, ilk müdaxilə maşını və müxtəlif iş texnikaları ilə yanğınlara qarşı mübarizə aparılıb.
Nazirliyin məlumatında 1 yanvar 2025-ci ildən etibarən ümumilikdə 1295-i meşəlik ərazilərdə, 1720-si isə meşə xarici sahələrdə olmaqla, ölkədə 3 min 15 yanğının baş verdiyi qeyd olunub.
Kənan YUSİF