Antalyada son 1 həftədə 52 hektarlıq ərazi YANDI

Türkiyənin Antalya şəhərinin valisi Hulusi Şahinin verdiyi məlumata görə, son bir həftədə şəhər ərazisində 37 meşə yanğını baş verib, nəticədə ümumilikdə 52 hektarlıq sahə yanaraq məhv olub.
Redaktor.az xəbər verir ki, valilikdə keçirilən Asayiş və Təhlükəsizlik Məlumatlandırma Toplantısında çıxış edən Şahin bildirib ki, 25 iyundan etibarən bir həftə ərzində Gazipaşadan Kaşadək demək olar ki, bütün rayonlarda yanğınlarla mübarizə aparılıb.
Vali əlavə edib ki, yanğınlara qarşı mübarizədə ciddi tədbirlər görülüb və hadisələrin qarşısını almaq üçün tədbirlər davam etdirilir.
Kənan YUSİF