Moskvada vitse-prezidentin meyiti tapıldı

Rusiyanın "Transneft” şirkəıtinin vitse-prezidenti Andrey Bədəlovun meyiti Moskvanın qərbində, Rublevskoye şossesində yaşayış binasının yaxınlığında tapılıb.
Redaktor.az xəbər verir ki, bunu paytaxtın fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, hadisə baş verən zaman mənzildə həyat yoldaşı və iki qızı olub və onlarla psixoloqlar işləyir.
İstintaq-əməliyyat qrupu da işə başlayıb.