Ukrayna Avropa İttifaqına üzv olmayacaq - Orban

Redaktor.az xəbər verir ki, bu barədə o, Kossuth radiosuna açıqlama verib.
"Əgər bu məsələ ilə bağlı Avropada ümumxalq sorğusu keçirilsəydi, əminəm ki, əhalinin əksəriyyəti Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxardı. Bu, Macarıstanda da belədir", – deyə Orban bildirib.Orbanın fikrincə, Ukrayna məsələsində olduğu kimi, qeyri-qanuni miqrasiya mövzusunda da getdikcə daha çox ölkə Macarıstanın mövqeyini bölüşməyə başlayır.
Baş nazir əlavə edib ki, Ukrayna Macarıstanda gələn il keçiriləcək parlament seçkilərinə təsir etmək məqsədilə xüsusi xidmət orqanları vasitəsilə aktiv fəaliyyət həyata keçirir və Kiyevə yaxın hökumətin formalaşmasına çalışır.Nuriyyə NATİQQIZI