Braziliyaya Ərdoğanın əvəzinə o gedir

 16:22 05.07.2025     125

Türkiyə xarici işlər naziri Hakan Fidan 6-7 iyul tarixlərində Braziliyada keçiriləcək BRİKS sammitində Türkiyə Prezidentini təmsil edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

“Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın adından Rio-de-Janeyroda keçiriləcək BRİKS ölkələrinin 17-ci sammitində Hakan Fidan iştirak edəcək,” - mənbə bildirib.