Fransada təyyarə qəzası: pilot öldü

Fransanın Endr departamentində təkmühərrikli təyyarə qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə departamentin yanğın-xilasetmə mərkəzindən bildirilib.
"Təyyarədə olan yeganə şəxs - 60-70 yaşlarında pilot həlak olub", - məlumatda qeyd olunub.
Qəzaya səbəb mühərrikin sıradan çıxması olub.