Türkiyədə tanınmış jurnalist saxlanıldı

 19:59 05.07.2025     157

Türkiyədə jurnalist Timur Soykan saxlanılıb.

Redaktor.az xəbər verir ki, jurnalist Şule Aydın İstanbulda saxlanılan Soykanın Vətən Polis İdarəsinə aparıldığını bildirib.

O, Timur Soykanın sosial şəbəkədəki paylaşımlarına görə saxlanıldığı deyib:

"Soykan bu gün sosial şəbəkələrdə CHP-yə qarşı əməliyyatı tənqid edən paylaşımlar etmişdi. Prokurorluq Soykanın "ictimaiyyəti çaşdıran məlumat yaydığı" üçün saxlandığını açıqlayıb", - deyə qeyd edib.