Yaponiyada zəlzələ OLDU

Yaponiyanın cənub-qərbində 5,4 maqnitudalı zəlzələ olub.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Yaponiya Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Tosima adası yaxınlığında, 20 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.