Rusiya hava limanlarında yüzlərlə reys ləğv EDİLDİ

 23:48 06.07.2025     133

Moskva, Sankt-Peterburq və Nijni Novqorod hava limanlarında 287 reys ləğv edilib, daha 106 reys təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Rosaviasia" məlumat yayıb.

Məlumata görə, Şeremetyevoda 171 reys ləğv edilib, daha 56 reys gecikib.

Sankt-Peterburqun Pulkovo hava limanında 90 reys ləğv edilib, daha 37 reys gecikib.

PUA təhlükəsi səbəbindən ən uzunmüddətli məhdudiyyətlərlə üzləşən Nijni Novqorod hava limanında 26 reys ləğv edilib, daha 13 reys isə gecikib.

Pskov, İvanovo, Kaluqa, Sankt-Peterburq və Tambov hava limanları müvəqqəti olaraq uçuşlar həyata keçirmir.