İraqın şimalında şəhid olan türk hərbçilərinin sayı 12-yə ÇATDI - YENİLƏNİB

 12:13 07.07.2025     322

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha dörd hərbçisi şəhid olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul 2025-ci il tarixində ”Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi bir mağarada aparılan əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənən daha dörd hərbçidən dördü həyatını itirib.Şəhid olan hərbçilərin sayı 12-yə yüksəlib.

***

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.