Trampdan İlon Maskın partiya yaratmaq planlarına REAKSİYA

 09:38 07.07.2025     123

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın siyasi partiya yaratmaq planlarını gülünc adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu fikirləri jurnalistlərlə söhbətində səsləndirib.

"Mən üçüncü partiyanın yaradılmasını gülünc hesab edirəm. Biz Respublikaçılar Partiyası ilə böyük uğur qazanmışıq", - deyə Tramp Maskın planlarını şərh etmək xahişinə cavab olaraq bildirib və əlavə edib ki, ABŞ-da "həmişə ikipartiyalı sistem olub".

"Düşünürəm ki, üçüncü partiyanın yaradılması qarışıqlıq yaradardı", - o qeyd edib.

Prezident əlavə edib ki, Mask "əylənə bilər", lakin onun fikrincə, Respublikaçı və Demokrat partiyalarından başqa hər hansı partiyalar "heç vaxt işləməyib".