Türkiyyə kəşfiyyatının rəhbəri İraqa gedir

 12:55 07.07.2025     90

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-də İraqın paytaxtı Bağdada yola düşəcək.

Redaktor.az xəbər verir ki, səfər İraqın şimalında minlərlə silahlısı fəaliyyət göstərən PKK terror təşkilatının zərərsizləşdirilməsi prosesi fonunda baş tutacaq.

Türkiyə mətbuatının yazdığına görə, İbrahim Kalın Bağdadda Türkiyə və İraqın bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində atacağı addımların koordinasiyasını müzakirə edəcək.

Türkiyənin MİT rəhbəri ilə İraqın yüksək vəzifəli şəxsləri, o cümlədən qonşu ölkənin Prezidenti və Baş naziri arasında görüşlərin keçirilməsi planlaşdırılır.

İbrahim Kalın Ankaraya qayıdandan sonra Türkiyə Böyük Millət Məclisində danışıqlar aparacaq. Yaxın vaxtlarda parlamentdə “Terrorsuz Türkiyə” parlament komissiyasının yaradılması nəzərdə tutulur.