Nigeriyada dəhşətli qəza: 21 ölü

Nigeriyanın Kano əyalətində qəza baş verib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, baş verən avtomobil qəzasında 21 nəfərin öldüyü, çoxlu sayda yaralıların olduğu bildirilir.
Nigeriya Milli Yol Təhlükəsizliyi Kano Dövlət Müdirliyindən (FRSC) verilən yazılı açıqlamada, Kano-Zaria şosesində sürətlə hərəkət edən sərnişin avtobusunun hərəkətdə olan yük maşınına çırpıldığı bildirilib.
Nuriyyə NATİQQIZI